• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1941
— 23.02.2017 14:31

Dəm qazından öldüyü ehtimal edilən bacıların qətlə yetirildiyi məlum olub (Yenilənib)

KepezTV Player

Ötən gün Gəncə şəhəri Abdulla Sur küçəsi, 70 ünvanında 2 qadının dəm qazından zəhərlənərək ölməsi ilə bağlı məlumat təsdiqini tapmayıb, onların qətlə yetirildiyi məlum olub. Müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər şöbəsinə aparılan meyitlərin üzərində zorakılıq əlamətləri aşkarlanıb. 57 yaşlı Rəna Nəbiyeva və onun bacısı 78 yaşlı Zəhra Abdullayevanın boyun və dodaq nayihələrində xəsarət izlərinin olduğu müəyyən edilib. Meyitlər bu gün ailələrinə təhvil verilib. Mərhumların qohumlarından aldığımız məlumata görə, hər iki qadın naməlum şəxs və ya şəxslər tərəfindən boğularaq qətlə yetirilib. Evə daxil olan şəxslərin qadınları öldürdükdən sonra izi itirmək məqsədilə qaz cihazlarını açıq qoyaraq evi tərk etdikləri deyilir. Qadınların qarət məqsədilə qətlə yetirildiyi güman olunur. Respublika Baş Prokurorluğu da faktı təsdiqləyib. Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ARB Kəpəz-ə açıqlamasında Gəncə şəhər Prokurorluğunda 2 və daha çox şəxsi qəsdən öldürmə maddəsi ilə cinayət işinin açıldığını bildirib. Hadisəni törədən şəxs və şəslərin tapılara istintaqa cəlb olunması istiqamətində əməliyyat axtarış tədnirləri davam etdirilir.

Xaliq Qurbanlı

 

22.02.2017 saat 23:01 ə olan xəbər

Gəncədə dəm qazı iki bacının həyatına son qoyub

Hadisə şəhərin Abdulla Sur küçəsi, 70 ünvanında qeydə alınıb. Orada yaşayan 78 yaşlı Rəna Nəbiyeva və onun bacısı 57 yaşlı Zəhra Abdullayeva dünyasını dəyişib. Hadisədən əvvəlcə mərhumların əmisi oğlu xəbər tutub və  dərhal polisə və təcili tibbi yardıma müraciət edib. Evə gələn həkimlər qadınların dəm qazından boğularaq öldüyünü ehtimal edirlər.  Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər şöbəsinə aparılıb, dəqiq səbəb araşdırmalardan sonra məlum olacaq.

Nahidə Musayeva- qonşu: "Əmisi oğlu gəlib, Rusiyaya gedirmiş, gəlib görüşməyə. Baxdiq ki, təcili yardim, sonra da polis gəldi. Soruşdum ki, nə olub? Dedilər bacılar ölüb. İki bacı bir yerdə qalırdı. Övladlarl yox idi, birinin Qazaxda oğulluqları var, ancaq yoldaşı öləndən gəlib bacısıyla qalırdı, onu tək qoymurdu. Pensiyayla dolanan adamlar idi".

Elnur Vahidoğlu