• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1522
— 22.02.2017 14:45

“Şəmkir”in baş məşqçi postuna kim keçəcək?

KepezTV Player

Qəhrəman Əliyevin istefasından sonra “Şəmkir” baş məşqçisiz qalıb. Müvəqqəti olaraq Əliyevin köməkçisi Mehman Yunusova tapşırılan komanda ilə yanaşı bir neçə mütəxəssisin adı çəkilir.

“Qırmızı-ağlar”ı çalışdırmağa namizədlər arasında yerli məşqçilərdən daha çox əcnəbilərin şansı yüksək qiymətləndirilir. Deyilənlərə inansaq, qərb klubunun başına vaxtilə ölkəmizdə işləmiş gürcü çalışdırıcılar Badri Kvaratsxeliya və ya Georgi Çixradze keçə bilər.

Mövsümün əvvəlində “Şəmkir”ə gəlmiş Qəhrəman Əliyev qışda transferlərlə heyəti yenidən formalaşdırmış, taktiki planda dəyişikliklər etmişdi.

Birinci divizionda 28 xalla 4-cü olan “Şəmkir” fevralın 23-də doğma meydanda “Zaqatala”nı qəbul edəcək. Qızıl medallara iddialı klubların oyunu turun mərkəzi görüşü hesab olunur.