KepezTV Player
Memoranduma əsasən universitetin Aqrotexnologiya fakultəsinin "Yerquruluşu, Torpaq və Şəhər Kadarstrı” ixtisasının bakalavr və magistrantları komitə və onun bölgələrdəki qurumlarına işə qəbul olunacaq. Öz bilik və bacarıqları ilə seçilənlər ilkin mərhələdə könüllülük prinsipi əsasında komitə və onun bölgələrdəki qurumlarında təcrübə keçmək imkanı əldə edəcəklər. Daha sonra işi ilə fərqlənən tələbələr 3 ay müddətinə xidməti müqavilə əsasında işə qəbul olunacaqlar. Təyin olunan müddətin sonunda gözləntiləri doğruldan tələbələr Komitənin ştatlı işçisi olacaq. Memorandum 3 illik müddətə imzalanıb. Hazırda ADAU-nun Aqrotexnologiya fakultəsinin "Yerquruluşu, Torpaq və Şəhər Kadarstrı” ixtisasında 150-ə yaxın tələbə təhsil alır.
Gülnar Fazilqızı
- Baxış: 526