• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1525
— 22.02.2017 14:46

Şəmkirlilər də tibbi müayinələrə cəlb edilib

KepezTV Player

Ölkə üzrə aparılan dispanserizasiya rayon mərkəzi xəstəxanası, tibb məntəqələri və ucqar kəndləri səyyar şəkildə əhatə edir.

Şəmkirdə 36 səhiyyə ocağı, eləcə də Gənc Həkimlər Birliyinin ixtisaslı həkimləri əhalinin icbari dispanserizasiyasına cəlb edilib. Rayon üzrə ucqar yaşayış məntəqələri də daxil olmaqla gün ərzində 3 minə yaxın sakin tibbi müayinədən keçirilir.  

Ayaz İbrahimov- Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi: “Müayinə üçün gələ bilməyən yataq xəstələri olan vətəndaşlar üçün həkim briqadaları evə göndərilir. İlkin müayinə olunurlar. Əgər ehtiyac duyularsa, hər hansı rentgen lazım olarsa xüsusi maşınlarla xəstəxanaya gətirilir”.

Fevralın 15-dən etibarən 14 mindən çox Şəmkir sakininin sağlıq vəziyyəti yoxlanılıb. Onlardan 8-i stasionar, 334 nəfəri isə ambulator müalicəyə cəlb olunub. Aşkarlanan xəstəliklər əsasən mövsümü xarakter daşıyır.

Rəşadə Həsənova- sakin: “Demək olar ki, hər il ölkəmizdə keçirilən bu dövrü müayinələrdə iştirak edirik. Çox yaxşı bir aksiyadır. Şükürlər olsun ki, sağlamlığımızda heç bir problem yoxdur”.

Babək İsmayılov- sakin: “Biz də bir müəllim olaraq kollektiv şəkildə sağlamlığımızı müayinədən keçirdik. Müsbət hal ondan ibarətdir ki, səhhətimizdə ciddi problem aşkarlanmadı”.

Rayonda yaradılan komissiya dispanserizasiyanın gedişini nəzarətdə saxlamaqla müayinə və müalicələrin nəticələri təhlil edir. 

 

Natiq Hüseyn