• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2296
— 22.02.2017 11:26

Gəncədə avtomobildə çox sayda qaçaqmal siqaret aşkar edildi

KepezTV Player

Gəncə Gömrük İdarəsinə aksiz markasız siqaretlərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən ARB “Kəpəz”ə verilən məlumata görə, Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları əməliyyat tədbirləri həyata keçiriblər. Nəticədə Azərbaycan vətəndaşının idarə etdiyi "Hyundai Tucson" markalı minik avtomobili Gəncə şəhərinin Kəpəz rayonu, Dədə Qorqud küçəsində saxlanılıb. Avtomobilə baxış zamanı Azərbaycanın aksizi ilə markalanmamış 20000 ədəd "Dubao RED" adlı siqaret aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

 

Vüsalə Camal