
İraqın Riot Gear icması Mosulun İŞİD terror qruplaşmasından azad olunmuş hissəsində avtomobillərlə drift keçirilib. BuzzFeed portalının müxbiri İraqın şimalında yerləşən şəhərdə olub və bu hadisəni qeydə almağa çalışıb. Riot Gear iştirakçıları avtomobil nümayişi ilə azad olunmuş məkanda normal həyatın qayıdıldığına işarə vurublar. Mosul hələ də döyüş bölgəsi hesab olunur və drifterlər komandasının təhlükəsizliyini təmin etmək üçün onları hərbiçilər müşayiət ediblər. Maşınlarla məşq edərkən Mosulun üzərində İŞİD-in dronları gözə dəyib, nəticədə hazırlıqlar dayandırılıb. Bundan başqa BMW E36 avtomobilində nasazlıq aşkar edilib və evakuatora ehtiyac duyulub. Ancaq drifterlər söz veriblər ki, tezliklə yenidən Mosul küçələrinə qayıdıb planlarını başa vuracaqlar.
Cavanşir Məmmədzadə
- Baxış: 633