
Çinin Syanyan şəhərində yüksək gərginlikli elektrik xətlərinin üzərində ilişib qalan tullantıları təmizləmək üçün alovlu dronun sınaqları keçirilib. Zibili aradan qaldırmaq üçün 11 kiloqramədək yük qaldırmaq qabiliyyətində olan DJI S1000+ oktokopterindən istifadə olunub. Testlər barədə ətraflı məlumat yoxdur, hətta sınaqlar zamanı elektrik xətlərinin işlək vəziyyətdə olub-olmadığı da naməlumdur. Eksperimentin gedişində pultla idarə olunan aparat xətlər üzərində ilişib qalan paketə doğru uçub və onu bir neçə saniyə ərzində külə döndərib.
Cavanşir Məmmədzadə
- Baxış: 464