• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2323
— 22.02.2017 01:19

Gəncədə 33 yaşlı qadın dəm qazından zəhərlənib

KepezTV Player

Bədbəxt hadisə şəhərin Ağamirzə Əhmədov 55 ünvanında qeydə alınıb.33 yaşlı Gülşən Qafarzadə ağır dəm qazı zəhərlənmə diaqnozu ilə ailə üzvüləri tərəfindən evdə aşkar olunub. Zərəçəkmiş dərhal yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə gətirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra həyatı təhlükə aradan qaldırılıb. Həkimlər 33 qadının vəziyyətini orta ağır qiymətləndirir. Faktla bağlı araşdırma aparılır.

Xaliq Qurbanlı