• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1528
— 21.02.2017 23:45

Dönərxanada partlayış: 2 nəfər yaralandı

KepezTV Player

Paytaxtın Sabunçu rayonununda dönərxanada partlayış baş verib.Hadisə Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən obyektdə qeydə alınıb. Paytaxt sakini Teymur Yaqubovun icarəyə götürdüyü dönərxanada yerə düşən qaz balonu partlayışa səbəb olub. Dərhal hadisə yerinə FHN-in xilasediciləri və təcili – tibbi yardım briqadaları cəlb olunub. Partlayış nəticəsində 2 nəfər xəsarət alıb, 50 kvadratmetr sahəsi olan dönərxana yararsız hala düşüb.  lkin ehtimala görə, qaz balonu düzgün quraşdırılmadığına görə məlum hadisə baş verib. Faktla bağlı araşdırma aparılır.