• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1271
— 21.02.2017 22:27

Tovuzda iki avtomobil toqquşdu

Tovuzda yol qəzası baş verib. Rayonun Yuxarı Öysüzlü kəndinə gedən yolda “VAZ 2107” və “VAZ 2106” markalı avtomobillər toqquşub. Hər iki avtomoibilin sürücüsü, rayon sakinləri, 42 yaşlı Arif Qasımov və 27 yaşlı Musa Nağıyev müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin orta-ağırdır.  Faktla bağlı araşdırma aparılır.