• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1455
— 21.02.2017 18:58

Şəmkirdə 3 maşın toqquşdu

KepezTV Player

Bakı-Qazax magistralının 392-ci kilometrliyində zəncirvari qəza baş verib. Hadisə magistralın Şəmkir rayonun Seyfəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə sakini 33 yaşlı Qalib Hüseynovun idarə etdiyi "VAZ 21014" markalı avtomobillə Gəncədən Şəmkir istiqamətinə hərəkət edən zaman nəqliyyat vasitəsi Goranboy sakini 47 yaşlı Mustafa Axunodovun idarə etdiyi "VAZ 2106" markalı nəqliyyat vasitəsi və Şəmkir sakini 54 yaşlı Abbasəli Əhmədovun sükanı arxasında olduğu "VAZ 2106" ilə toqquşub. Maşınlara ziyan dəysə də xəsarət alan yoxdur. Qəzaya səbəb kimi "VAZ"-lardan birinin sürücüsü Abbasəli Əhmədovun sərxoş olması göstərilir. O, sərxoşluq müayinəsi üçün narkoloji dispaneserə aparılıb. Fakt araşdırılır.

Elnur Vahidoğlu