• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1477
— 21.02.2017 19:09

Qadının çantasını götürüb qaçmaq istəyi ürəyində qaldı

KepezTV Player

Paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 74 ünvanında quldurluğa cəhd olub. Sərdar Həsənquliyev mağazadan çıxan qadını izləyərək onun çantasını götürüb qaçmaq istəyib. Bu zaman qadın səs-küy salaraq ətrafda xidmət aparan polis əməkdaşlarını köməyə çağırıb. Hüquq-mühafizə orqanı işçiləri şəxsi elə hadisə yerindəcə yaxalayıblar. Sərdar Həsənquliyev yaxalandığını gördükdə, üzərində gəzdirdiyi bıçaqla özünə xəsarət yetirib. Həsənquliyev elə polis əməkdaşlarının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, əməliyyat olunub, vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla əlaqədar Nizami Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Sərdar Həsənquliyev əvvəllər də Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə məhkum olunub.

Zülfiyyə Telmanqızı