• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1761
— 21.02.2017 13:20

Oğurlayıb, qazanclı çıxdıqlarını sandılar, uduzdular

KepezTV Player

Haramdan gələndən xeyir tapmaq mümkün deyil. Onlar da tapmadılar. Polis onların cinayətlə başlayan yolunu yarıda kəsdi.

Yardımlı rayonunun Alçabulaq kənd sakini Səbuhi Teymurov və Köryədi kənd sakini Özüxan İsmayılov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ərzaq mağazalarından oğurluq edildiyini bildiriblər. Hüquq- mühafizə orqanı əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində dükanları yarmaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Köryədi kənd sakinləri Feyruz Cavadov və Şəhriz Adişov ilkin dindirilmə zamanı törətdikləri əməli etiraf ediblər. Onlar dükanlara ayrı-ayrı günlərdə, gecə saatlarında, qapının qıfılını sındırmaqda daxil olduqlarını və oradan ərzaq malları, nağd pul götürərək hadisə yerindən uzaqlaşdıqlarını bildiriblər. Şikayətçilərə ümumilikdə 550 manat dəyərində maddi ziyan dəyib.

Dükanlardan götürülən nağd pulun bir qismi saxlanılan şəxslərdən götürülüb. Faktlarla bağlı cinayət işi açılıb.
 

Zülfiyyə Telmanqızı