• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1494
— 21.02.2017 13:12

Narkotik vasitə ilə tutulan şəxslər istintaqa cəlb edildilər

Paytaxtda narkotik vasitə ilə tutulan Akif Həsənovun ətrafında Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun ötən il avqustun 27-dən cari il fevralın 19-dək olan müddətdə rayon ərazisindəki 10 evdən ümumilikdə 650 manat, 600 manat dəyərində qızıl əşyalar, kombi aparatı, velosiped, məişət əşyaları və ərzaq məhsulları oğurladığı da müəyyən edilib. Bundan başqa, Polis Bakı şəhər sakini Orxan Səlimovdan 450 qr marixuana götürüb. Əvvəllər məhkum olunmuş Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən saxlanılıb. Gəncə şəhər sakini Asiman Məmmədovdan isə Nizami RPİ-nin əməkdaşları tərəfindən 440,55 qr marixuana götürülüb. 

Vüsalə Camal