KepezTV Player
Türkiyə və Naxçıvan arasındakı Dilucu sərhəd-keçid məntəqəsi yaxınlığındakı yolda baş verən ağır yol qəzasında dünyasını dəyişən, içərisində azərbaycanlıların da olduğu 8 nəfərin adı məlum olub. İki sərnişin avtobusunun toqquşması ilə həyatından olan şəxslər sürücü Hüseyn Otan, digər sükan sahibi Ali Karadağ, Mustafa Tüfekçi, Okay Turan, Fərhad Fərhadlı, Süleyman Əliyev, Zivər Səfərova, Səmayə Cəfərovadır. Yaralananların sayı isə 28 nəfərdir. Onların da 26-ı azərbaycanlıdır.
Vüsalə Camal
- Baxış: 912