• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 725
— 21.02.2017 12:51

Bu gün Çempionlar Liqasında daha iki oyun keçiriləcək

Bu həftə iki gün ərzində keçiriləcək görüşlərlə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Bu gün və sabah qitənin ən nüfuzlu turnirində ümumilikdə 4 qarşılaşma baş tutacaq.

Liqanın son finalçısı “Atletiko” Leverkuzendə “Bayer”in qonağı olacaq. Madrid kollektivi qrup mərhələsində 6 oyunda 15 xal toplayaraq, Almaniyanın digər təmsilçisi, güclü “Bavariya”nı geridə qoymağı bacarıb. “Monako”, “Tottenhem” və Moskva MOİK-i ilə eyni qrupda mübarizə aparmış “Bayer” isə ikinci yerin sahibi kimi, adını 1/8 final mərhələsinə yazdırıb.

Bu komandalar iki il öncə eyni turnirdə və elə eyni mərhələdə bir-birlərinə rəqib olublar. Həmin vaxt penaltilər seriyası ispanları növbəti mərhələyə çıxarmışdı. “Atletiko” yenə cütün favorite hesab olunur. Amma aspinlər artıq 10 oyundur ki, evdə avrokubok matçlarında uduzmurlar.

Günün digər matçında “Mançester Siti” və “Monako” komandaları üz-üzə gələcək. Xosep Qvardiolanın yetirmələri qrup mərhələsində “Barselona”dan sonra ikinci olublar.  “Monako” isə E qrupunun birinci kimi adını 1/8 final mərhələsinə yazdırmağı bacarıb.

Fransızlar demək olar ki, klub tarixində son 20 ildə ən yaxşı mövsümlərini keçirəcəklər. 12 oyundur ki, məğlubiyyətin nə olduğunu bilməyən komanda hücum xəttində məhsuldarlığı ilə diqqət çəkir.  Şəhərlilər isə liqada keçirdikləri son 9 oyunda məğlubiyyətin nə olduğunu bilmirlər. Sitinin heyətində İlkay Gündoğan və Qabriel Jesus zədə üzündən oyunu buraxacaq. Qarşı tərəfdən isə eyni səbəbdən Cibril Sidibe, Daniel Nqinda və Quido Karillyo kənarda qalacaq. 

Hər iki oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Fevralın 22-də isə turnirdə “Porto” – “Yuventus” və “Sevilya” – “Lester” matçları keçiriləcək.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

 

21 fevral

“Bayer” (Almaniya) – “Atletiko” (İspaniya)

“Mançester Siti” (İngiltərə) – “Monako” (Fransa)

Azad Rəfi