• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2369
— 21.02.2017 11:58

“Robokop” gerçəkləşir

Trapezium adlı robot-polis layihəsinin istehsalı üçün Dyuk Universitetinin tələbələri maddi vəsait toplamağa başlayıblar. O, polisləri yol hərəkəti qaydalarını pozan sürücülərlə birbaşa ünsiyyətdən azad edəcək. Yaradıcıların sözlərinə görə, adi yoxlanışlar zamanı yol polislərinə sürücülər tərəfindən hücumlar get-gedə artır. Bu təhlükəni aradan qaldırmaqdan ötrü Trapezium layihəsi çərçivəsində Sentinel, yəni “Keşikçi” adlı kompakt bot hazırlanır ki, o da sürücü ilə hüquq- mühafizə orqanı arasında vasitəçi rolunu oynayır. Avtomobilə yaxınlaşan robot teleskopik dirək sayəsində ekranı sürücünün gözlərinə qədər qaldırır və polissayağı ünsiyyətə başlayır. Bu sistem gələcəkdə nəinki adi sənədləri yoxlamağa, hətta daha çətin prosedurları – məsələn, alkoqol üçün analizləri götürməyə imkan verəcək. Bununla da sürücünün maşından düşməsinə ehtiyac qalmayacaq. İstehsalçılar robot-polisi silahla təmin etməyi ümumiyyətlə planlaşdırmırlar. Bot-polisin komponentlərini 3D-printerdən çap edəcəklər, bu da onun istehsalını ucuzlaşdırır.

Cavanşir Məmmədzadə