• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1420
— 21.02.2017 11:58

Britaniyalı ixtiraçı Kolin Farz odla atəşfəşanlıq göstərdi

Qeyri-adi ixtiraları ilə tanınan britaniyalı videobloqqer Kolin Farz öz YouTube kanalında izləyicilərinin sayının 4 milyona çatmasını fərqli şəkildə qeyd edib. Əlamətdar hadisə ilə əlaqədar Farz hündürlüyü 6 metrə çatan od püskürən konstruksiya yığıb. Struktur özündə iri odun alovunu birləşdirir və ixtiraçı tərəfindən daha əvvəl düzəldilən maşınla işə düşür. Qısası, Farz və onun köməkçisi adi alov qasırğası ilə kifayətlənməyiblər. İlk buraxılışdan sonra onlar bayram əhval-ruhiyəli atəşfəşanlıq etmək qərarına gəliblər və yuxarı hissəyə pirotexnik maddələr bərkidiblər. Raketlər uğurla havaya uçduqdan sonra ortaqlar qalan digər fişəngləri elə bərkidibilər ki, onlar konstruksiyanın daxilində işə düşürlər.

Cavanşir Məmmədzadə