• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1526
— 20.02.2017 13:23

Ailəsini yanğından xilas edən ata xəsarət aldı

KepezTV Player

Bu gün səhər saatlarında Xaçmazın Üçgünqışlaq kəndində yanğın baş verib. Nahid Abdullayevə məxsus birmərtəbəli, iki otaqlı ev əşyaları ilə birlikdə tamamıilə yanıb. ((СИНХРОН ХР 00:00:15

Nahid Abdullayev həyat yoldaşı və iki azyaşlı uşağını evdən çıxararkən yanıq xəsarətləri alıb. Yaralı dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, müvafiq tibbi yardım göstərilib.

Hadisə yerinə Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğının ətraf ərazilərə keçməsinin qaşısı alınıb. Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.