• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 945
— 20.02.2017 21:06

Yol qəzalarının ağır nəticələri

KepezTV Player

Biri avtomobili qaçırıb, sonra elə onunla da yol qəzası törədib, vəziyyəti də ağırdır. Digəri isə işıqforun tələbinə əməl etməyib və bunun cəzasını lazımınca çəkib. ***

Göygöl-Toğanalı avtomobil yolunun Göygöl rayonunun Aşıqlı kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan iki “VAZ 21 07” toqquşub. Nəticədə rayon sakini 63 yaşlı Şəmsəddin Qurbanov, onun həyat yoldaşı 61 yaşlı Nafə Abbasova və avtomobildə olan daha bir nəfər müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar əvvəlcə Göygöl Mərkəzi Rayon Xəstəxanasına, daha sonra isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.

Məharət Kərimov -həkim: “Göygöl rayon xəstəxanasının təcili yardımı ilə avtoqəza nəticəsində xəsarət alan 3 nəfər gətirilmişdir. Hal-hazırda 2 nəfərin ümumi vəziyyəti ilə əlaqədar olaraq stasionar müalicə təyin olunmuş, rentgen, tomoqrafiya olunmuşdur. Bir xəstəyə isə lazımi travmatoloji yardımlar göstərildikdən sonra ambulator müalicəyə buraxılmışdır. Ümumi vəziyyətlərini orta ağırlıqda qiymətləndirmək olar”.

Bərdə rayonunda 21 yaşlı Nicat Məmmədli rayon mərkəzi bazarının qarşısında dayanmış "VAZ 2107" markalı avtomobili qaçırıb. Gənc idarə etdiyi nəqliyyat vasitəsini ağaca çırpıb. O, xəsarət alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Gəncənin Nizami prospektində isə "QAZ 31" markalı avtomobillə "Mercedes" markalı nəqliyyat vasitəsi toqquşub. Hər iki avtomobil yararsız hala düşüb, xəsarət alan yoxdur. İlkin ehtimala görə, qəzaya avtomobillərin işıqforun tələbinə əməl etməməsi səbəb olub. Faktlarla bağlı araşdırma aparılır.
 

Zülfiyyə Telmanqızı