• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1529
— 20.02.2017 13:37

Futbol üzrə İspaniya La Liqasında 23-cü turun oyunları keçirilir

Mükafatçı yerlər uğrunda mübarizə aparan klubların əksəriyyəti turun ikinci oyun günündə meydana çıxıblar.  Çempionatın lideri “Real” bu turda “Espanyol”u qəbul edib. Oyun "kral klubu"nun 2:0 hesablı qələbəsiylə nəticələnib. İlk yarıda Alvora Morata, ikinci hissədə isə uzun müddət zədəli olan Qaret Beyl dəqiq olub.

Madridin digər klubu “Atletiko” tur çərçivəsində “Sportinq” Xixonun qonağı olub. Autsayder önündə qonaqlar çətinliklə üzləşərək yalnız oyunun sonuna az qalmış meydan sahiblərinin müqavimətini qıra biliblər. Belə ki, ikinci hissənin əvvəlində tərəflərin hərəyə bir dəfə fərqlənməsindən sonra “Sportinq” futbolçuları uzun müddət müdafiədə etibarlı oyunla seçiliblər. “Atletiko” yalnız 80-ci dəqiqədə rəqibin arxa xəttini yarmağa müvəffəq olub. Kevin Kameyro komandasını hesabda önə keçirib. İlk qolundan ilhamlanan fransalı futbolçu 5 dəqiqəyə het-trik edib. O, növbəti qollarını 81 və 85-ci dəqiqələrdə vurub.

Bu mövsüm oyunu ilə azarkeşlərini sevindirən “Sevilya” priomeroda növbəti qələbəsini qazanıb. Andalusiyalılar “Eybar”ı məğlubiyyətə uğradıb. Xorxe Sampaolinin yetirmələri iki qolla 3 xala yetişiblər. İlk yarıda Pablo Sarabia, ikinci hissədə isə Vitolo “Sevilya”nın uğurunda vurduğu qolla rol oynayıb.  

Bu tur Barselona da Kamp Nouda qəbul etdiyi Leqanesə şans verməyib. Start fitindən dərhal sonra hücuma atılan katalonlar bunu nəticəsi kimi erkən qola seviniblər. Luis Suaresin asmasını nəzarətsiz qalan Lionel Messi çətinlik çəkmədən çərçivədən keçirib. Qonaqlar bu qolun cavabını yalnız 71-ci dəqiqədə verə biliblər. Leqaneslilərin heyətində Yunay Lopez bərabərlik qolunu vurub. Ruhdan düşməyən barsa sonadək mübarizə apararaq qələbə topunu vura bilib. 90-cı dəqiqədə Messi penaltidən dubl etməklə Barselonanın xal itirməsinin qarşısını alıb.

 

İspaniya La Liqası, 23-cü tur

17 fevral

Qranada - Betis 4:1

Qol: Karsela-Qonzales, 18. Adrian Ramos, 28. Andreas Pereyra, 33. Adrian Ramos, 64 - Petros, 75.

Qırmızı vərəqə: Andreas Pereyra, 66 (Qranada), Nauel, 66 (Betis). 

18 fevral

Sportinq - Atletiko 1:4

Qol: Serxio Alvares, 49 - Karrasko, 46. Qameyro, 80; 81; 85.

Real - Espanyol 2:0

Qol: Morata, 33. Beyl, 83.

Deportivo - Alaves 0:1

Qol: Manu Qarsiya, 68-pen.

Sevilya - Eybar 2:0

Qol: Sarabia, 31. Vitolo, 90+1. 

19 fevral

Real Sosyedad - Vilyarreal 0:1

Qol: Kastillexo, 90+4.

Valensiya - Atletik 2:0

Qol: Nani, 13. Zaza, 45.

Selta - Osasuna 3:0

Qol: Sisto, 23. Jozabed, 87. Yaqo Aspas, 89.

Barselona - Leqanes 2:1

Qol: Messi, 4; 90-pen - Unay Lopes, 71.

 

Azad Rəfi