Azərbaycan milli komandası yarışın son günü aktivinə daha bir medal yazdırıb. Ölkəmizi 90 kq çəki dərəcəsində güləşən Tural Səfquliyev finala gedən yolda serbiyalı, italiyalı, yaponiyalı və kanadalı rəqiblərinə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə Polşa idmançısına uduzan Səfquliyev mötəbər turnirin gümüş medalına sahib olub. Yarışın ilk günündə isə 60 kq-da Oruc Vəlizadə milli komandamıza bürünc medal qazandırıb.
Qeyd edək ki, 36 ölkədən 257 idmançının mübarizə apardığı qitə çempionatında yığmamız 16 cüdoçu ilə təmsil olunub.
Orxan Cəfərzadə
- Baxış: 290