• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1008
— 20.02.2017 10:21

Yanan çardaq evi yararsız hala saldı

KepezTV Player

Gəncədə yaşayış evində yanğın olub. Yararsız hala düşən evin sakinləri arasında xəsarət alan olmayıb.

Hadisə səhər saat 10:00 radələrində şəhərin Mikayıl Müşfiq küçəsində 43 yaşlı Elşən Ələsgərova məxsus mənzildə qeydə alınıb. Evinin yandığını görən sahibi dərhal Fövqəladə Hallar Nazirliyinin Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinə məlumat verib. Daxil olan məlumat əsasında hadisə yerinə Kəpəz və Nizami rayonları üzrə 4 yanğınsöndürmə maşını və 20-ə yaxın canlı qüvvə cəlb olunub.

Rahib Nadirov -Gəncə şəhər DYMİ- nin rəis müavini: “Yanğın yerinə gələn zaman məlum olmuşdur ki, ümumi sahəsi 60 kv metr olan evin çardaq hissəsində yanğın baş verib. Yanğınsöndürənlərin səyi nəticəsində qısa müddət ərzində yanğının qarşısı alınmışdır. Evin ümumi 6 kv metr çardağı yanıb. Ev əşyaları və qonşu evlər yanğından mühafizə olunmuşdur”.

Qısa müddət ərzində qarşısı alınan yanğının hansı səbəbdən baş verdiyi və vətəndaşa dəyən ziyan aparılan araşdırmalardan sonra məlum olacaq.

Zülfiyyə Telmanqızı