• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 714
— 20.02.2017 09:59

Mercedesdən 3000 at güclü kater

Mercedes-AMG və Cigarette Racing şirkəti 10 illik əməkdaşlıqları şərəfinə hardkor kupe AMG GT R stilində kater hazırlayıblar. 15 metrlik Marauder AMG adlı kater iki mühərriklə 3000 at gücünə sahiblənib. Kater Mercury Racing-in istehsalı olan V8 motorlarla təchiz olunub. 9 litrlik aqreqatlar 91 oktanlı benzinlə 1350 at gücü, xüsusi yarış yanacağı ilə isə 1550 at gücü yığır. Dinamik göstəricilər açıqlanmır. Marauder AMG xarici görünüşdən AMG loqotipinə və parlaq yaşıl rəngli zolaqlarına görə seçilir. Salon 5 ədəd idmansayağı dəri oturacaqlar əldə edib. Yeri gəlmişkən içəridə də parlaq yaşıl rəngli işləmələrə rast gəlinir. Mercedes-AMG və Cigarette Racing-in müştərək layihəsinin qiyməti haqqında heç nə deyilmir.

 

Cavanşir Məmmədzadə