KepezTV Player
Rayonun Baxçakürd kənd sakini 20 yaşlı Ruslan Həsənov yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. Həkimlərin müayinəsi zamanı ona qarnın daxilə keçən kəsilmiş- deşilmiş yarası diaqnozu qoyulub və dərhal əməliyyat olunub. Xəstə əməliyyatdan sonra palataya yerləşdirilib. Yaxınlarının deməsinə görə, Ruslan Həsənov yaşadığı evdə çanaq antena quran zaman yerə yıxılıb və qarnına dəmir parçası batıb. Faktla bağlı araşdırma aparılır.
Etibar Abbasov - həkim: “Xəstə əməliyyat olunub, piyliyin və nazik bağırsağın yarası aşkarlanıb, tikilib. Hazırda xəstənin vəziyyəti keçirilən əməliyyata uyğundur, orta ağırdı”.
Elnur Vahidoğlu
- Baxış: 467