• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1939
— 19.02.2017 13:04

Gəncədə ev və çörək sexi yanıb

Gəncə şəhəri Nizami rayonu Totanlı küçəsi, birinci döngə ev 50 ünvanında yerləşən İsa Ağayevə məxsus fərdi yaşayış evində yanğın olub. Ümumi sahəsi 230 m2 olan kürsülü, bir mərtəbəli 4 otaqlı evin 4 otağının yanar konstruksiyaları, ev əşyaları 170 m2 sahədə və ona bitişik ümumi sahəsi 200 m2 olan talvarın yanar konstruksiyaları 20 m2 sahədə yanıb. Hadisə yerinə FHN-nin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Evin və talvarın qalan hissəsi yanğından mühafizə edilib.

Gəncənin Gülüstan qəsəbəsində də yanğın olub. Hadisə səhər 7 radələrində, Canpolad Əsədova məxsus çörək bişirmə sexində qeydə alınıb. Ümumi sahəsi 500 m2 olan çörək bişirmə sexinin anbarında, çardağın yanar konstruksiyaları 90 m2 sahədə yanıb. Hadisə yerinə FHN-nin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Sexinin qalan hissəsi və ona bitişik tikililər yanğından mühafizə edilib.

 

 

Gülnar Fazilqızı