• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1691
— 18.02.2017 13:48

Gəncədə aşağı yaş qrupları üzrə komandalar arasında Azərbaycan birinciliyinin zona yarışının seçim mərhələsi sona yaxınlaşır

KepezTV Player

AFFA-nın təşkilatçılığı ilə keçirilən yarışlarının əksəriyyətində pley-offa vəsiqə qazanan kollektivlər məlumdu. Bu mənada Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının Azəri komandasını rəqiblərindən fərqləndirmək olar. 5 yaş qrupunun hamısında təmsil olunan kollektivin sona 3 tur qalmış seçmə yarışlar üçün nəticələri qənaətbəxşdir.  

Orxan Verdiyev- “Azəri TİM” komandasının baş məşqçisi: "Biz 5 yaş qrupunda mübarizə aparırdıq. Demək olar ki, 4 komandamız pley-off mərhələsinə yüksəlib. Onların içərisində ən yaxşı nəticə göstərən U-11 liqasında çıxış edən 2006-cı il təvəllüdlü futbolçulardı. Komanda 13 oyuna 13 qələbə qazanıb. 86 qol vurub, 8 top buraxıblar.  Onlar 39 xal yığmaqla ən yaxın izləyicisini 12 xal qabaqlayırlar".

 

“Azəri TİM”-in 11 yaşlılar arasında mübarizə aparan komandası ötən mövsüm U-10 liqasında seçmə və play-off mərhələsini uğurla dəf edərək finala kimi irəliləməyi bacarıb. Odur ki, qış fasiləsi dövründə bütün diqqət kollektivin daha səmərəli hazırlıq keçməsinə yönəlib.

Orxan Verdiyev- “Azəri TİM” komandasının baş məşqçisi: "Bu komanda keçən il 116 kollektiv arasında 4-cü yeri tutublar. Çalışırıq ki, oyunçuları daha da püxtələşdirək. Onlar qışda ikinci mərhələyə hazırlıq dövründə onlar 8-9 yoldaşlıq oyunu keçiriblər. Gəncədə də oynadılar, şəhərdən kənara da çıxdılar. Əlimizdən gələni etdik ki, ətraf rayonlarda da oynamağı bacarsınlar. Mənə elə gəlir ki, bu hazırlıq görüşləri ikinci dövrədə komandamıza yaxşı mənada təsir edəcək".

Komandanın məqsədi bu il də ən azı final mərhələsinə qədər yüksəlmək və ötən mövsümdən fərqli yarışı mükafatla başa vurmaqdır.

Orxan Verdiyev- “Azəri TİM” komandasının baş məşqçisi: "Məqsədimiz təbii ki, çempionluq olsa da, çalışırıq ki, keçən il 4-cü yeri tutan komanda bu il çempionatın sonunda nəticə verən mövqedə qərarlaşsın. Biz də istəyirik ki, əziyyətimiz yerdə qalmasın və komanda Gəncəyə nəticəylə dönsün. Özünüz də görürsüz ki, burada futbolçular doğrudan da istedadlıdılar. Biz də məşqlərdə bacardığımız qədər bunlara düzgün futbol oynamağı öyrətməyə çalışırıq".

 

Gəncə zonası üzrə yarışlarda “Azəri TİM”-in 2 üzvü ən sərrast futbolçular arasındadır. U-10 liqasında Eldar Qaybalıyev, U-12 liqasında isə Əmirxan Qurbanov bombardirlər siyahısında yer alıb.

 

 

Azad Rəfi