• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 853
— 18.02.2017 10:01

Aviasərnişinlər üçün palto-çamadan

Avstraliya dizaynerləri Endryu Benke və Kleer Merfi qeyri-adi palto-transformer ərsəyə gətiriblər. Geyimin çoxsaylı daxili ciblərinə 15 kiloqramadək yük yerləşdirmək olur. Bu, çamadanlarını təhvil verməyi sevməyən və buna görə əlavə ödəniş etmək istəməyən aviasərnişinlərin ürəyincə olacaq. Airport Jacket adlı paltonun istehsalı üçün Kickstarter platformasında maddi vəsaitin yığımına başlanılıb. Görkəmindən palto-çamadan adi üst geyimindən seçilmir. Ancaq daxilində müxtəlif ölçülü 14 cib gizlənib. Palto sənədlər, açarlar, gün eynəyi, obyektivli fotoaparat, noutbuk, planşet, smartfon, enerji cihazları, iki cüt ayaqqabı, 5 köynək, sviter, bir cüt cins paltar və ehtiyat corablar götürə bilmək gücündədir. Bununla belə aşağısını açmaqla palto yarımpaltoya, ya da gödəkçəyə çevrilir və ciblərin sayı 8-ə qədər azalır. Komplekt Airport Jacket-ə parçadan çanta da daxildir ki, o da içərisinə paltonun özünü qatlayıb qoymaq üçündür. Hələlik layihə üçün toplanan məbləğ təxminən 3 min dollardır, halbuki kütləvi istehsal 77 min dollar tələb edir. Payızda alına biləcək qeyri-adi paltonun sifariş qiyməti 185 dollardır.

 

Cavanşir Məmmədzadə