• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1515
— 17.02.2017 23:57

Paytaxtda mənzildən qızıl-zinət əşyaları oğurlanıb

KepezTV Player

Paytaxt sakini Vəzir Həsənov  Binəqədi rayon polis idarəsinə ərizə ilə müraciət edərək, Biləcəri qəsəbəsində ona məxsus həyət evindən bir ədəd mobil telefon və 7 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib. Polis əməkdaşları oğurluq edilən evə baxış keçiriblər. Oradan  barmaq izləri götürülüb. Vəzir Həsənovun evini qarət etməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyənləşdirilib. O, əvvəllər eyni əmələ görə məhkum olunmuş Bakı sakini 33 yaşlı  Amil Əhmədovdur. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Əhmədov saxlanılaraq istintaqa təqdim edilib. O, ilkin ifadəsində törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı Binəqədi rayon polis idarəsində cinayət işi üzrə araşdırmalar davam etdirilir.