• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 726
— 17.02.2017 15:43

"Kəpəz" uğursuz seriyaya son qoymaq istəyir

KepezTV Player

Sabah futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Kəpəz" səfərdə "Neftçi" ilə qarşılaşacaq. Qış fasiləsində heyətinə yeni futbolçular cəlb edən paytaxt kollektivi qarşısında gəncəlilərin işi heç də asan olmayacaq. Tarixi derbi kimi səciyyələndirilən əzəli rəqiblərin dueli bu dəfə də böyük maraq vəd edir. Çempionatda sonuncu qələbəsini ötən ilin noyabrında məhz "Neftçi" üzərində qazanan "sarı-göylər" artıq 5 turdur ki, məğlub olur. Qara zolağa düşən Gəncə klubu bakılılarla görüşdə dönüş yaratmaq niyyətindədi. 19-cu turun ilk oyunun gününün ikinci qarşılaşması olacaq Neftçi - Kəpəz oyununun start fiti saat 18-də çalınacaq.

Şahin Diniyev - "Kəpəz"in baş məşqçisi: "Biz desək ki, "Neftçi"dən güclüyük və ya əksinə bu biraz etikadan kənar olar. Hər iki komandanın qələbə qazanmaq üçün şansı var. Tərəflərin uğuru sıfıra bərabər deyil. Çox inanıram ki, "Neftçi" ilə oyunda daha yaxşı oynayıb, uğur qazana bilərik. Baxmayaraq ki, "Neftçi" çox güclənib. Rəqib həmişə rəqib deyil. Əgər "Qarabağ"dan güclü deyillərsə, deməli onlara qarşı oynamaq olar”.

Orxan Cəfərzadə