• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1167
— 17.02.2017 15:39

22-ci turun oyunları ertələndi

Futbol üzrə Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib. Dəyişiklik AFFA-nın müraciəti əsasında olub. 7– 9 martda Qətərin paytaxtı Dohada milli komandanın toplanış, eləcə də Azərbaycan və Qətər milli komandalarının yoldaşlıq oyunu keçiriləcəyi səbəbindən Azərbaycan Premyer Liqasının 22-ci turunda dəyişiklik edilməsi xahiş olunub. Milli komanda amilini nəzərə alan PFL də bununla bağlı qərar verib. Qərara əsasən 22-ci turun “Kəpəz” – “Zirə” və “İnter” – “Sumqayıt” oyunları martın 11-dən 13-nə, “Qarabağ” – AZAL və “Neftçi” – “Qəbələ” görüşləri 12-dən 14-nə keçirilib.

Orxan Cəfərzadə