• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1917
— 17.02.2017 14:46

Gəncə 2017-ci ildə müxtəlif beynəlxalq konfrans, sərgi və konsertlərə ev sahibliyi edəcək

KepezTV Player

MDB-in 2017-ci il üçün Mədəniyyət Paytaxtı olan Gəncə müxtəlif beynəlxalq konfrans, sərgi və konsertlərə ev sahibliyi edəcək. İl boyu baş tutacaq 30-a yaxın tədbirdə Azərbaycanın tarixi, ədəbiyyatı, milli mətbəxi və geyimləri, xalq yaradıcılığı, el sənətkarlığı nümayiş olunacaq. Bununla yanaşı, inşa və rəsm müsabiqələrinin, intellektual oyunların təşkili, Gəncənin qədim tarixi, mədəniyyəti və bugününü əks etdirən sənədli filmin lentə alınması da planlaşdırılır. Bu və bundan irəli gələn məsələlər şəhər fəalları ilə müzakirə olunub. Tədbirlərin təşkili üçün qərargah yaradılıb, layihənin loqotipinin hazırlanması üçün tender elan edilib. Müsabiqədə iştirak etmək istəyənlər idea və təkliflərini Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının binasında yaradılan komissiyaya təqdim edə bilərlər. Bununla bağlı yekun qərar isə fevralın 28-də keçiriləcək ikinci iclasda veriləcək. 

Elmar Vəliyev -Gəncə şəhər İcra Hakimiyyətinin başçısı: “İlk tədbirimiz martın 18-də olacaq. Novruz Bayramı ərəfəsində. Bu bayram bizim ən gözəl, ən əziz bayramımızdır. Qonaqlarımızın da bu tədbirə qatılması, əlavə rəng qatacaq. Onlar eyni zamanda Azərbaycanın, Gəncənin adət- ənənələrini, milli mətbəxini, tarixi ilə yaxından tanış olacaqlar”.

Gülnar Fazilqızı