• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1410
— 17.02.2017 13:04

Piyadalar vuruldu, avtomobil yoldan çıxaraq aşdı

KepezTV Player

Paytaxtda iki yol nəqliyyat hadisəsi baş verib. Hər iki qəzada yolu keçmək istəyən piyadalar vurulub. Xaçmazda qeydə alınan hadisədə isə avtomobil aşıb.

Bakının Xəzər rayonu ərazisində Mərdəkan avtomagistralında yol qəzası baş verib. Marketə getmək istəyən 56 yaşlı Rəfi Babayev yolu keçərkən “Range Rover” markalı maşın tərəfindən vurulub. Sürücü yaralını 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirib. Tibbi yardım göstərilən şəxsin vəziyyəti qənaətbəxşdir. Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Sürücünün izahatı alınıb və avtomobil cərimə meydançasına aparılıb. Daha bir piyadavurma hadisəsi paytaxtın Xətai rayonunda qeydə alınıb. Heybət Qurbanov idarə etdiyi “VAZ-2104 markalı” avtomobillə yolu keçmək istəyən piyadanı vurub. Hadisədən dərhal sonra sürücü yaralını xəstəxanaya çatdırıb. Müayinə zamanı piyadada sınıq xəsarətlərinin olduğu müəyyən edilib. Araşdırmalar zamanı məlum olub ki, vurulan piyada 51 yaşlı Rasim Sadıqovdur. O, tibbi yardımdan sonra müalicəsini davam etdirmək üçüm palataya yerləşdirilib. Hadisə yerində Xətai Rayon Polis İdarəsinin əməkdaşları olublar. Sürücünün ifadəsi alınıb. Avtomobil cərimə meydançasına yerləşdirilib. Xaçmaz-Quba yolunda da yol qəzası olub . Hadisə yolun 1-ci kilometrliyində baş verib. Xaçmaz sakini 34 yaşlı Bəhruz Paşayevin idarə etdiyi “VAZ 21099” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Fakt araşdırılır.
Zülfiyyə Telmanqızı