• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2074
— 16.02.2017 20:16

Qanunsuz olaraq silah-sursat saxlayanlar saxlanıldılar

KepezTV Player

Üzərlərində odlu silah-sursat gizlədən şəxslər ifşa edililər. Onlardan birinin digər cinayət əməlləri də üzə çıxıb.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Kamran Babayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən şəxs saxlanılıb. Onun üzərinə baxış zamanı “TT” markalı tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.

Əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində daha bir uğurlu əməliyyat-axtarış tədbiri isə Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilib. Əvvəllər məhkum olunmuş Bakı sakini Elnur Tağıyev şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman "Naqan" markalı tapança və 4 ədəd patron aşkar edilərək götürülüb. Tağıyevin ətrafında aparılan əməliyyat tədbirləri zamanı onun Nərimanov rayonu ərazisində 3 mağaza və 1 kafedən oğurluq etdiyi də məlum olub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
 

Zülfiyyə Telmanqızı