• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2092
— 16.02.2017 15:40

Azərbaycan və Ermənistanın dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb

KepezTV Player

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığından keçən Azərbaycan və Ermənistanın dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Piter Şvedberq, Ermənistan tərəfindən isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov keçiriblər.

Fərid Mehdizadə