• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1821
— 16.02.2017 11:55

“Bavariya” darmadağınla qələbə qazandı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki matçı baş tutub. Növbəti görüşlər Münhen və Madriddə oynanılıb.

“Bavariya”nın Alyans Arenada “Arsenal”ı qəbul etdiyi oyunda bu mərhələnin ikinci sensasiyalı nəticəsi qeydə alınıb. Qələbəyə sevinən meydan sahibləri rəqib qapısına 5 qol vururaraq cəmi bir qola üzülüblər.

Əvvəlcə Aryen Robbenlə hesabı açan münhenlilər ilk yarımsaatın tamamında bərabərlik qoluna manel ola bilməyiblər. Qayda pozuntusuna görə təyin olunan penaltini Aleksis Sançez ikinci cəhddən çərçivəyə salıb.  

İkinci hissədə meydanda üstünlük bütünlüklə “Bavariya”nın əlinə keçib.  Robert Levandovskinin məhsuldar zərbəsi ilə hesabda növbəti dəfə irəli keçən Karlo Ançelottinin komandası Tyaqo Alkantaranın qolları ilə hesabı möhkəmləndirib. İspaniyalı futbolçu qısa zaman kəsiyində dubl edib. Yarımmüdafiəçi öncə 56-cı dəqiqədə 3 gedişli kombinasiyanı qola çevirib. 63-cü dəqiqədə isə cərimə meydançasının önündən qapıya  dəqiq zərbə endirib. Oyunun yekun hesabını Tomas Müller müəyyənlışdirib. Meydana əvəzetmədənə daxil olan futbolçu demək olar ki, topa ilk toxunuşundaca fərqlənib. 5:1. Beləliklə son illərdə Çempionlar Liqasında “topçular”ın kabusuna çevrilən Münhen klubu bu dəfə də londonluları məyus etməklə cütün taleyinə böyük ölçüdə aydınlıq gətirib.

Günün digər görüşündə “Real” doğma meydanda “Napoli” ilə qarşılaşıb. Bu oyunda da ev sahibləri qələbə qazanıb.  Hesabı dəyişən tərəf qonaqlar olsa da, "kral" klubu bunun cavabını artıqlaması ilə verib. Lorenso İnsinye neapolluları hesabda önə keçirib. "Napoli" üstünlüyü sonadək qoruya bilmədiyi görüşdə Kərim Benzema status-kvonu bərpa edib. Fasilədən sonra isə görüşdə diqtə edən tərəf olan madridlilər iki qol vurublar. Əvvəlcə Toni Kroos komandasını hesabda irəli daşıyıb. Daha sonra isə  Kazemiro oyunda son nöqtəni qoyub. 3:1. Bu komandalar arasında cavab oyunu martın 7-də keçiriləcək.

 

15 fevral

Bavariya (Almaniya) - Arsenal (İngiltərə) 5:1

Qol: Robben, 11. Levandovski, 53. Alkantara, 56; 63. Müller, 88 - Aleksis Sançes, 30. 

Real (İspaniya) - Napoli (İtaliya) 3:1

Qol: Benzema, 19. Kroos, 49. Kazemiro, 54 - İnsinye, 8.

Azad Rəfi