• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1905
— 16.02.2017 11:46

“Kəpəz” tarixi derbinin hazırlığını davam etdirir

Premyer Liqanın XIX turunda “Neftçi” ilə qarşılaşacaq “Kəpəz” dünən qarşıdakı oyunun hazırlığına başlayıb. “Qarabağ”a qarşı son çempionat oyunundan sonra bərpaedici prosedurdan (sauna, baseyn, masaj) keçən komanda üzvləri bir gün istirahət edib.

“Sarı-göylər”in bu gün keçiriləcək məşqi saat 11:00-da start götürəcək. Hazırlıq prosesi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akedemiyasının meydançasında keçiriləcək.

“Kəpəz”in oyun öncəki son məşqi isə görüşə ev sahibliyi edəcək “Bakcell Arena”da olacaq. 

Azad Rəfi