• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1902
— 16.02.2017 10:57

Gəncədə nikah bağlamağa gedən gənci maşın vurdu

KepezTV Player

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Saat 11.00 radələrində Heydər Əliyev prospektində Gəncə şəhər sakini 29 yaşlı Tural Hüseynov “Ford Tranzit” markalı yük maşını ilə yolu keçmək istəyən Şəmkir rayon sakini, 25 yaşlı Kamran Məmmədzadəni vurub. Şahidlərin sözlərinə görə, hadisə piyada keçidində baş verib. Xəsarət alan şəxs özəl xəstəxanalardan birinə çatdırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırmalara başlanılıb. Məlumata görə, Kamran Məmmədzadə Şəmkir rayonundan Gəncəyə nikah bağlamaq üçün "ASAN" xidmətə gedirmiş.

 

Gülnar Fazilqızı