• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2203
— 15.02.2017 23:54

Paytaxtda quldurluqda təqsirləndirilən şəxs saxlanıldı

KepezTV Player

Paytaxt sakini Samir Kərimov Binəqədi Rayon Polis idarəsinə müraciət edərək gecə saatlarında şadlıq saraylarından birinin arxasında ona qarşı quldurluq edilməsi barədə məlumat verib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  cinayəti törətməkdə şübhəli bilinən Bakı sakini 28 yaşlı Yaşar  Abbasov saxlanılıb. Saxlanılan şəxs Samir Kərimova bədən xəsarətləri yetirməklə, içərisində 30 manat, 500 ABŞ dolları, sənədlər və bank kartları olan pul qabını götürməkdə təqsirlənidirlsə də, özü bunu inkar edir. Hər halda nəyin səhv, nəyin düzgün olduğu aparılan araşdırmaların yekununda bəlli olacaq.