• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1827
— 15.02.2017 23:51

Kürdəmirdə 6 otaqlı fərdi yaşayış evi yanıb

KepezTV Player

Kürdəmir rayonun Xırdapay kəndində yanğın olub. Hadisə Malay Cəbrayılova məxsus ümumi sahəsi 230 kvadratmetr olan 6 otaqlı fərdi yaşayış evində baş verib. Tikilinin 3 otağı içərisindəki bütün əşyalarla birlikdə tamamilə yanıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi alovdan mühafizə olunub. İlkin ehtimala görə, hadisəyə elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.