• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2115
— 15.02.2017 11:45

Gəncədə dönərxanada partlayış baş verdi

KepezTV Player

Gəncədə yanğın olub. Hadisə Nizami prospekti 183 D ünvanında yerləşən dönərxanada qeydə alınıb. Dönər hazırlamaq üçün istifadə olunan qurğuda qaz sızması nəticəsində partlayış baş verib. Nəticədə obyektin işçisi - 36 yaşlı Azər Qarayev yüngül bədən xəsarətləri alıb, müştərilər isə təxliyə olunub. Əraziyə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

Xaliq Qurbanlı