• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 866
— 15.02.2017 10:04

Samuxda iki avtomobil toqquşdu, piyada yaralandı

KepezTV Player

Samuxda yol-nəqliyyat hadisəsi baş verib. Rayonun İnstitut qəsəbəsində “VAZ 2107” və “VAZ 2106” markalı iki avtomobil toqquşub. Avtomobillərdən biri piyada 69 yaşlı Nizami Hacıyevi vurub. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıb. Ona tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.