• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3178
— 14.02.2017 18:26

26 nəfərin yaşadığı ev uçdu

KepezTV Player

Son günlər cənub bölgəsinə aramsız yağan qar bir sıra fəsadlara yol açıb. Masallı rayonunda qarın ağırlığına tab gətirməyən, 26 nəfərin yaşadığı ev uçub. Hadisə rayonun Dələli kəndində baş verib. Kənd sakini 59 yaşlı Məmmədyar Mehdiyevə məxsus olan birmərtəbəli evin arxa divarı yerlə-yeksan olub. Ev sahibinin bildirdiyinə görə yaxın qohumları əməliyyat olduğundan xəstəyə baş çəkməyə gediblər. Elə həmin vaxt evin bir hissəsi qarın ağırlığına tab gətirməyib .Bu səbəbdən xəsarət alan olmayıb.

Zülfiyyə Telmanqızı