• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1794
— 14.02.2017 12:39

Zəncirvari qəza: 8 avtomobil toqquşdu

KepezTV Player

Diqqətsizlik, tələskənlik, yaxud yolun sürüşkən olması...Səbəblər fərqli olsa da, nəticələr eynidir. Yol qəzaları bu dəfə də xəsarətsiz ötüşmədi. Zəncirvari qəzada 4 nəfər, iki avtomobilin toqquşması zamanı isə bir nəfər yaralandı.

Binəqədi rayonunda 8 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Prospektlə Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olan “VAZ 2106” markalı avtomobil körpünün üstündə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton yol ayrıcına çırpılıb. Bundan sonra arxadan gələn avtomobillər zəncirvari şəkildə toqquşub. Qəzada “VAZ 2106”, “VAZ 21015”, “Mercedes” və “Nissan” markalı avtomobillər iştirak edib. Hadisə zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Əraziyə yol polis əməkdaşları gəliblər. Sürücülərin ifadələri alınıb. Yararsız hala düşən avtomobillər cərimə meydançasına aparılıb. Qəzaya yolun sürüşkən olmasının səbəb olduğu bildirilir. Daha bir qəza Abşeron rayonunda, Masazır qəsəbəsində olub. Qəsəbədən şəhər istiqamətində hərəkətdə olan “VAZ 2107” markalı avtomobilin qarşısına “Saipa” markalı nəqliyyat vasitəsi çıxıb. Nəticədə “VAZ” arxadan “Saipa”nı vurub. İdarəetməni itirən “Saipa”nın sürücüsü avtomobili işıq dirəyinə çırpıb. Qəza zamanı “Vaz”-da olan xanım sərnişin xəsarət aıb. Xəstəxanaya çatdırılan yaralının vəziyyəti qənaətbəxşdir. Faktlarla əlaqədar araşdırmalara başlanılıb.
 

Zülfiyyə Telmanqızı