• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1413
— 14.02.2017 12:14

"Mançester Siti" qələbə qazandı

Futbol üzrə İngiltərə Premyer Liqasında 25-ci tura yekun vurulub. Turun son oyununda "Mançester Siti" səfərdə "Bornmut"la üz-üzə gəlib. Şəhərlilər rəqibini 2:0 hesabıyla məğlubiyyətə uğradıb. Qvardiolanın komandası hər hissədə bir qol vurub. İlk yarıda Rahim Sterlinq, fasilədən sonra isə Serxio Aquero fərqlənib. Bu qələbəylə Siti xallarının sayını 52-yə çatdırmaqla turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

13 fevral

Bornmut - Mançester Siti 0:2

Qol: Sterlinq, 29. Aquero, 69.

Orxan Cəfərzadə