Bu günə xəbərlərin oxunma sayı: 666
—
14.02.2017 12:07
İtaliya A seriyasında 24-cü tur sona çatıb
Tura “Latsio” və “Milan” komandaları arasında keçirilən oyunla yekun vurulub. Tərəflərin qələbə səylərinə baxmayaraq oyun 1:1 hesablı bərabərliklə nəticələnib. Birinci hissədə Lukas Bilyanın qolu ilə penaltidən hesabı açan ev sahibləri sona az qalmış qonaqlardan Suso zərbəsinə mane ola bilməyiblər. Bu nəticədən sonra Latsio 6-cı, Milan 7-ci pillədə qərar tutub.
13 fevral
Latsio - Milan 1:1
Qol: Bilya, 45+1-pen - Suso, 85.
Azad Rəfi
- Baxış: 1357
