• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 786
— 14.02.2017 11:50

Futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub

Turun son oyun günündə iki görüş keçirilib. Əvvəlcə Şüvəlanda AZAL-la “İnter” qarşılaşıb. Matçın taleyini taleyini bir qol həll edib. Matçın sonlarında Nizami Hacıyevin vurduğu möhtəşəm qol “İnter”ə səfər oyununda qələbə qazandırıb.

Turun son matçında isə “Sumqayıt”la “Neftçi” üz-üzə gəlib. Qış fasiləsində heyətini demək olar ki, bütünlüklə yeniləyən ağ-qaralar ötən tur olduğu kimi ev oyununda da qalib gəlib. Elxan Abdullayevin yetirmələri Uqo Barqasın son dəqiqələrdə vurduğu qolla həm qələbəni bayram edib, həm də turnir cədvəlində “Kəpəz”i geridə qoyub.

Azərbaycan Premyer Liqası

XVIII tur

13 fevral

 

“Neftçi” – “Sumqayıt” - 1:0

Qol: Uqo Barqas, 86

 

AZAL – “İnter” - 0:1

Qol: Nizami Hacıyev, 84

 

Azad Rəfi