• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1532
— 14.02.2017 11:07

Triatlonçumuz ən yaxşı ola bilər

Avropa Triatlon Şurasının açıqlayacağı “İlin ən yaxşı triatlonçusu” adına namizədlər siyahısında Azərbaycan yığmasının üzvü Rostislav Pevtsovun da adı var. İdmançımız dünya kuboku mərhələlərində, həmçinin Fransanın Şatoru şəhərində keçirilən sprint üzrə Avropa çempionatında medallar qazanıb. Təmsilçimiz “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib və orada debüt edib. Pevtsov ötən il Avropada ən yüksək reytinqə malik triatlonçu adına layiq görülüb.

 

Orxan Cəfərzadə