• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1760
— 13.02.2017 12:42

3 bürünc və 13-cü yer

Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" turniri keçirilib. İlk ciddi sınağına 6 çəkidə 7 idmançı ilə yollanan millimiz 3 medala yiyələnib. Kişilər arasında 60 kq-da güləşən turnirin ikiqat qalibi Orxan Səfərov bu dəfə bürünc medalla kifayətlənməli olub.

66 kq-da çıxış edən Nicat Şıxəlizadə də mükafatçılar sırasına düşə bilib. Səfərov kimi Nicat da eyni uğura imza ataraq bürünc medalı boynundan asıb.

73 kq-da isə Azərbaycan dueli baş tutub. Bürünc medal uğrunda görüşdə Hidayət Heydərovla Rüstəm Orucov qarşı-qarşıya gəlib. Qızıl xala qədər uzanan mübarizədə daha gənc olan Heydərov qalib gələrək komandamıza 3-cü bürünc mükafatı qazandırıb.

İkinci yarış günü daha 3 cüdoçumuz tatami üzərinə çıxsa da, onlar mükafafatsız qalıb.

Beləliklə, Azərbaycan yığması bu nəticəylə ümumi komanda hesabında 61 ölkə arasında 13-cü, kişilərin mübarizəsində isə 9-cu yeri tutub.

 

Orxan Cəfərzadə