• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1823
— 13.02.2017 10:31

Google Maps fotolarından maraqlı videoçarx

Google Maps servisinin 12 illiyi şərəfinə italiyalı tələbə dizayner Marreo Archondis, sözügedən servisin sahib olduğu fotolardan istifadə edərək dünya səyahəti tərzində video hazırlayıb. Google Maps və Google Street View servislərindən ümmumilikdə 3305 fotonu özündə birləşdirən video, dünyanın müxtəlif şəhər və ölkələrinin virtual səyahətinə bənzəyir. Videodakı maraqlı və bir o qədər də möhtəşəm görüntülər gözəl musiqi, külək və avtomobillərin səsi ilə müşayiət olunur. Marreo sözügedən videonun yaradılmasına bir həftə vaxt sərf edib. Videonun artıq 200.000-ə yaxın baxış sayı var.

Cavanşir Məmmədzadə